Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şər...
14:07 17.08.2026
0
0
0
NAXÇIVAN :
17 Avqust 2026, Bazar ertəsi
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında hər üç halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında üçüncü halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında birinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinin birinci (hər üç halda) və üçüncü abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.6. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.7. həmin Məcəllənin 155.5-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.8. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında üçüncü halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.9. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında birinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinin üçüncü abzasına uyğun olaraq, dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində təsdiq etsin;
2.2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486 (Cild I); 2024, № 7, maddə 823; 2025, № 8, maddə 750; 2026, № 4, maddə 304) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənddə üçüncü halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin bəndə “ikinci cümlələrində” sözlərindən sonra “və 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında (hər üç halda)” sözləri əlavə edilsin;
3.2. 2.1-1-ci bəndə “cümləsində” sözündən sonra “və 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında (ikinci halda)” sözləri əlavə edilsin;
3.3. 2.1-6-cı bənd 2.1-7-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.1-6-cı bənd əlavə edilsin:
“2.1-6. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında üçüncü halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
3.4. 2.3-cü bənddə ikinci halda “2-ci hissəsində” sözləri “2-ci hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
3.5. 2.10-1-ci bəndə “hissəsində” sözündən sonra “və 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında (birinci halda)” sözləri əlavə edilsin.
4. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542, № 8, maddə 746, № 11, maddə 1035; 2026, № 1, maddə 24; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 iyun tarixli 695 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.1-ci bənddə “və 1076-6.7-ci maddələrində” sözləri “maddəsində, 155.5-ci maddəsinin birinci (hər üç halda) və üçüncü abzaslarında, 1076-6.7-ci maddəsində” sözləri ilə əvəz edilsin;
4.2. 3.1-1-ci bənd 3.1-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 3.1-1-ci, 3.1-3-cü və 3.1-4-cü bəndlər əlavə edilsin:
“3.1-1. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;
“3.1-3. həmin Məcəllənin 155.5-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.1-4. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında üçüncü halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
4.3. aşağıdakı məzmunda 3.9-1-ci bənd əlavə edilsin:
“3.9-1. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında birinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.
5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26, № 4 (I kitab), maddə 333, № 12 (I kitab), maddə 1136; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 5 avqust tarixli 753 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 5.6-cı bəndinə “özəlləşdirilməsini” sözündən sonra “, dəyişdirilməsini” sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 avqust 2026-cı il
Digər xəbərlər