NAXÇIVAN :

05 Sentyabr 2026, Şənbə

Azərbaycan səfiri etimadnaməsinin surətini Tacikistanın XİN rəhbərinə təqdim edib

...

Azərbaycanın Tacikistandakı səfiri Elxan Cahangir oğlu Qəhrəman sentyabrın 4-də etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddinə təqdim edib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalındakı məlumatda bildirilib.

Görüş zamanı nazir E.Qəhrəmanı Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Nəşr edilib : 04.09.2026 23:01