NAXÇIVAN :

21 May 2025, Çərşənbə

Azərbaycan səfiri Gürcüstanın ədliyyə naziri ilə görüşüb

...

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın ədliyyə naziri Paata Salia ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər iki ölkənin səlahiyyətli qurumları arasında ədliyyə sahəsində sıx və səmərəli əməkdaşlığı, birgə fəaliyyətləri müzakirə ediblər.

Görüşdə ədliyyə nazirinin müavini Beka Dzamaşvili və Azərbaycan Respublikası səfirliyinin birinci katibi Seymur İlyaslı da iştirak ediblər.

Nəşr edilib : 21.05.2025 14:58