NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinə seçkilərdə 5 ölkə arasında ən yüksək səs toplayıb

...

Xəbər verdiyimiz kimi, Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib.
"Şərq qapısı" xəbər verir ki, ​​​24 noyabr tarixində Parisdə ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə ölkəmiz 5 namizəd ölkə arasında ən yüksək səs toplayıb.
Azərbaycan seçkilərdə 92 səs toplayaraq, 28 səs toplayan Çexiyanı, 21 səs toplayan Ermənistanı, 11 səs toplayan Polşanı və 9 səs toplayan Sloveniyanı üstələyib.

Nəşr edilib : 24.11.2025 17:49