NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azərbaycan və Belarus hərbi mütəxəssislərinin görüşü olub

...

Hərbi əməkdaşlıq çərçivəsində noyabrın 25-də Bakı şəhərində Azərbaycan və Belarus Müdafiə nazirliklərinin hərbi mütəxəssisləri arasında görüş keçirilib.

"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil edilən görüşdə hərbi sahədə təcrübə mübadiləsi, o cümlədən birgə təlimlərin təşkili, qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşlıq planının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər konstruktiv və işgüzar şəraitdə keçən görüş zamanı maraq doğuran bir sıra digər məsələləri də müzakirə ediblər.

Nəşr edilib : 25.11.2025 17:44