NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azərbaycan və Belarus müdafiə nazirləri arasında telefon danışığı olub

...

Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

"Şərq qapısı" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər İran İslam Respublikası ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Nazirlər, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 06.03.2026 18:45