NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib

...

Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarusun xarici işlər naziri Maksim Rıjenkov görüş zamanı iki ölkənin xarici siyasət idarələri arasında qarşılıqlı fəaliyyətin daha da aktivləşdirilməsini müzakirə ediblər.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) saytında dərc olunan məlumatda bildirilib.

"Həmsöhbətlər ali və yüksək səviyyələrdə Belarus-Azərbaycan dialoqunun yüksək dinamikasını, dövlətlərarası münasibətlərin dostluq və konstruktiv xarakterini, ticari-iqtisadi və humanitar əməkdaşlığın əldə edilmiş nəticələrini müsbət qiymətləndiriblər. Tərəflər iki ölkənin xarici siyasət idarələri arasında qarşılıqlı fəaliyyətin daha da aktivləşdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər", - məlumatda qeyd edilib.

Nəşr edilib : 28.08.2026 17:45