NAXÇIVAN :

02 May 2026, Şənbə

Azərbaycan və Çin rəsmiləri logistika və texnologiya sahələrində əməkdaşlıq nəzərdən keçirib

...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çinin Dövlət İnternet İnformasiya Ofisinin naziri Cuan Junven ilə görüş keçirib.

Nazirlikdən bildirilib ki, görüş zamanı ölkələrimiz arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışılıb.

Nəşr edilib : 23.04.2026 18:08