Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Litva Xarici İşlər Nazirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
"Şərq qapısı" xəbər verir ki, paylaşım nazirliyin “X” hesabında dərc edilib.
“Azərbaycandakı dostlarımızla birlikdə diplomatik əlaqələrimizin 30 illiyini qeyd edirik. Bu əlaqələr azadlıq uğrunda mübarizədə bir-birini dəstəkləmək üzərində qurulub. Bu mübarizə 1919-cu ilə, Litvanın Bakıda konsulluq açmasına qayıdır. Qoy bizim əməkdaşlığımız dərinləşsin və əlaqələrimiz növbəti illərdə də davam etsin”, - qeyd edilib.
***
10:51
Bu gün Azərbaycan və Litva arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan XİN sosial mediada paylaşım edib.
“Bu münasibətlə Litva hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq”, - paylaşımda qeyd edilib.
Digər xəbərlər