NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Azərbaycan və Özbəkistan XİN başçıları bölgədə təhlükəsizlik məsələsini müzakirə ediblər

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəli vəziyyət, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən iyunun 21-22-də İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

Nəşr edilib : 16.06.2025 14:45