NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsi daha da genişləndiriləcək

...

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

"Şərq qapısı" xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində V.Mustafayev Türkiyənın milli müdafiə naziri Yaşar Gülər, həmçinin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın cari vəziyyəti və daha da inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin artırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr edilib.

Əməkdaşlığın gücləndirilməsinin iki qardaş ölkənin təhlükəsizlik və müdafiə sahələrində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanaraq, müasir texnologiyaların və müdafiə sistemlərinin tətbiqi və inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı tərəflər müdafiə sənayesi sahəsində elmi mübadilə, birgə təlimlər və strateji layihələr üzrə işbirliyinin dərinləşdirilməsi haqda danışıblar.

Nəşr edilib : 03.03.2026 12:56