NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Azərbaycan və Türkiyə strateji müttəfiqliyin enerji gündəliyini müzakirə edib

...

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin enerji gündəliyi müzakirə edilib.

"Şərq qapısı" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Bu barədə müzakirələr P. Şahbazovun Bakıda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşündə aparılıb.

Nazir bildirib ki, rəqəmsallaşma və elektrikləşmə kimi qlobal trendlərə uyğun elektrik enerjisi üzrə əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulanıb: "Naxçıvan və Gürcüstan üzərindən elektrik enerjisi bağlantıları, "yaşıl enerji" dəhlizləri, o cümlədən "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə əməkdaşlığı dəyərləndirdik. COP29-un enerji təşəbbüslərinin COP31-də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və qardaş Türkiyəyə dəstəyimizi ifadə etdik".

Nəşr edilib : 11.09.2026 12:10