Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Avropa b...
23:14 20.08.2026
0
0
0
Azərbaycanda 2027–2030-cu illərdə 3 yeni turizm və rekreasiya zonasının yaradılması nəzərdə tutulur.
"Şərq qapısı" xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Dövlət Proqramına əsasən, yeni turizm və rekreasiya zonalarının tərkibində azı 3 turizm mərkəzi yaradılacaq və seçilmiş turizm mərkəzləri müvafiq infrastrukturla təmin ediləcək.
Bu çərçivədə turizm mərkəzlərinin sosial, mədəni, inzibati və mühəndis-kommunikasiya təminatı sistemlərinin, dövlət mülkiyyətində olan avtomobil yollarının və yol-nəqliyyat infrastrukturunun yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur.
Layihələrin həyata keçirilməsi nəticəsində infrastrukturla təmin edilmiş turizm mərkəzlərinə özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl tərəfdaşlığı layihələrinin icrası ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.
Tədbirin əsas icraçısı Dövlət Turizm Agentliyidir. İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və yerli icra hakimiyyəti orqanları isə digər icraçılar kimi müəyyənləşdirilib.
Qeyd edək ki, rekreasiya zonası insanların istirahət etməsi, əylənməsi, idman etməsi üçün ayrılan xüsusi ərazidir. Bu zonalar təbiəti qorumaq, həmçinin yerli sakinlərə və turistlərə əlverişli şərait yaratmaq üçün təşkil olunur.
Digər xəbərlər