NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması perspektivləri müzakirə edilib

...

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Samsung C&T Corporation Engineering & Construction Group”un prezidenti və baş icraçı direktoru Oh Se Çul və Qlobal biznes və əməliyyatlar bölməsinin prezidenti Kim Cunq Vuk ilə görüş keçirib.

"Şərq qapısı" xəbər verir ki, görüşdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələr müzakirə edilib.

Eyni zamanda, Azərbaycanda “Samsung”un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması perspektivləri və bu istiqamətdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 17.07.2026 18:16