NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Azərbaycandan nəql olunan qazın 54 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

...

Yanvar-may aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 17 milyard 574,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 2,6 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, hesabat dövrü ərzində qaz nəqlinin 54,1 faizi (9507,2 milyon kubmetr) Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Nəşr edilib : 18.06.2026 11:29