Azərbaycan nümayəndə heyəti Beynəlxalq Hakimlər As...
14:17 22.10.2026
0
0
0
2060-cı ilədək Azərbaycanın enerji sahəsində uzunmüddətli mitiqasiya fəaliyyətləri normativ hüquqi bazanın, siyasət sənədlərinin və proqramların işlənib hazırlanmasını, tətbiq edilməsini, eləcə də lazımi investisiyaların cəlb olunmasını zəruri edəcək.
"Şərq qapısı" xəbər verir ki, bu barədə "Azərbaycanın uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası"nda deyilir.
Strategiyada göstərilir ki, enerji sahəsində emissiyaların azaldılmasına töhfə verəcək aşağı karbonlu texnologiyaların və həllərin həyata keçirilməsi məqsədilə əsas mərhələləri, hədəfləri və müddətləri əhatə edən ətraflı fəaliyyət yol xəritəsi hazırlanıb.
Qeyd edilib ki, daha təmiz enerjiyə keçidin günəş və quruda külək enerjisi istehsalının genişləndirilməsi istiqamətində səylərin intensivləşdirilməsi ilə başlayacağı nəzərdə tutulur.
Bundan əlavə, artan elektrik enerjisi tələbatının qarşılanması və bərpa olunan enerji mənbələrinin daha geniş inteqrasiyasının təmin edilməsi üçün Ötürmə və Paylama (T&D) şəbəkəsi modernizasiya olunacaq: "Bu addımlardan sonra mavi hidrogen istehsalına da dəstək verəcək Birgə Dövrlü Qaz Turbin zavodları ilə yanaşı, Karbon Tutulması və Saxlanması infrastrukturunun yaradılması və bərpa olunan enerjinin fasiləli xarakterinə uyğunlaşmaq üçün qabaqcıl saxlama batareyası texnologiyalarının tətbiqi reallaşdırılacaqdır. Bu tədbirlər zaman keçdikcə bərpa olunan enerji mənbələrinə və saxlama texnologiyalarına diqqətin artırılması ilə miqyaslandırılacaq.
Digər xəbərlər