NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Azərbaycanın daha bir güləşçisi Avropa çempionu olub

...

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci olub.
"Şərq qapısı" xəbər verir ki, 82 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Adlet Tyulbayevə (UWW) qalib gələrək qızıl medala sahib çıxıb. Daha əvvəl Həsrət Cəfərov karyerasında ardıcıl dördüncü dəfə Avropa çempionu olub.

Nəşr edilib : 22.04.2026 22:51