Azərbaycan Nepal–Çin sərhədindəki daşqın nəticəsin...
21:01 26.08.2026
0
0
0
15 yaşlı Gülşən Məmmədli 621,2 balla Naxçıvan Dövlət Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.
"Şərq qapısı" xəbər verir ki, IV ixtisas qrupu üzrə imtahan verən Gülşən Məmmədli Naxçıvan Dövlət Universitetini seçib. Uşaqlıqdan tibb sahəsinə maraq göstərdiyini qeyd edən tələbə bu uğurun əldə olunmasında valideynlərinin dəstəyinin mühüm rol oynadığını vurğulayıb.
Gənc tələbə NDU-nun tələbələr üçün yaratdığı praktiki imkanları, o cümlədən ilk kurslardan Türkiyədə təcrübə keçmək imkanını yüksək qiymətləndirib. O, gələcəkdə seçdiyi sahə üzrə peşəkar mütəxəssis olmağı qarşısına məqsəd qoyub.
Gülşən Məmmədli abituriyentlərə hazırlıq prosesinə ciddi yanaşmağı və qarşıya qoyduqları məqsədə inamla irəliləməyi tövsiyə edib.
Digər xəbərlər