NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatının finalına yüksəlib

...

Bu gün Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayıblar.
"Şərq qapısı" xəbər verir ki, 55 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Gültəkin Şirinova yarımfinalda moldovalı Mihaela Samoli qarşılaşıb.
Gərgin və maraqlı keçən görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.
Günay Qurbanova isə (59 kiloqram) rumıniyalı Ana Mariya Puyunu üstələyərək həlledici raunda vəsiqə qazanıb.

Nəşr edilib : 11.03.2026 20:43