Naxçıvan idmançısı Ləman Bağırova beynəlxalq yarış...
20:20 27.07.2026
0
0
0
NAXÇIVAN :
27 Iyul 2026, Bazar ertəsi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkil etdiyi Səhiyyə Xidmətlərinin Keyfiyyəti və Pasiyent Təhlükəsizliyi üzrə Regional Məktəbdə Azərbaycan nümayəndə heyəti ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, tibb müəssisələrinin akkreditasiyası və pasiyent təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən islahatları və əldə olunan nəticələri əks etdirən poster təqdim edib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə müxtəlif ölkələrdən olan mütəxəssislər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, pasiyent təhlükəsizliyinin təmin olunması və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycanın təqdim etdiyi poster “Səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə sistemin gücləndirilməsi sahəsində ən yaxşı poster” nominasiyası üzrə mükafata layiq görülüb. Bu nəticə ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətinin idarə olunması və pasiyent təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini nümayiş etdirir.
Regional Məktəb çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi ilə Tacikistanın Tibbi Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu da imzalanıb. Sənəd iki ölkə arasında akkreditasiya, keyfiyyətin idarə olunması və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi PHŞ-nin İdarə Heyətinin sədri Orxan Şükürov bu ilin may ayında səhiyyə nazirinin müvafiq əmri ilə bu vəzifəyə təyin olunub. O, bundan əvvəl Mərkəzdə sədr müavini vəzifəsində çalışıb. Orxan Şükürov, həmçinin birinci “Yüksəliş” müsabiqəsinin finalçısıdır.
Digər xəbərlər