NAXÇIVAN :

23 Sentyabr 2026, Çərşənbə

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

...

Azərbaycan Respublikasının regional strateji əhəmiyyətli minerallar (nadir torpaq elementləri daxil olmaqla) emalı mərkəzi kimi formalaşması imkanlarının araşdırılması və bu istiqamətdə institusional, infrastruktur və investisiya əsaslarının qiymətləndirilməsi nəzərdə tutulur.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda deyilir.

Müvafiq sahədə dayanıqlı və rəqabətqabiliyyətli istehsalın inkişaf etdirilməsi, mineral-xammal bazasının genişləndirilməsi, geoloji kəşfiyyat işlərinin inkişaf etdirilməsi və mövcud yataqların səmərəli istismarının təmin olunması, filizdən son məhsuladək inteqrə olunmuş istehsal və emal zəncirinin formalaşdırılması, yüksək əlavə dəyər yaradan metallurgiya məhsullarının istehsalının və ixrac potensialının artırılması Dövlət Proqramının məqsdələri kimi müəyyənləşdırılıb.

Bundan başqa, emal olunmuş metallurgiya məhsullarının sənayenin digər sahələrinə xammal və yarımfabrikat kimi inteqrasiyasının təmin edilməsi, müasir texnologiyaların, rəqəmsal həllərin və innovativ istehsal metodlarının tətbiqinin genişləndirilməsi, investisiyaların cəlb edilməsinin təşviq olunması, müvafiq sahə üzrə insan kapitalının və ixtisaslı kadr potensialının gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub.

Nəşr edilib : 23.09.2026 11:29