NAXÇIVAN :

23 Sentyabr 2026, Çərşənbə

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, nazirlər ikitərəfli gündəliyi nəzərdən keçirib, Azərbaycan-Aİ münasibətlərini müzakirə edib, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran məsələlər daxil olmaqla, əsas regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 23.09.2026 20:42