NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycanın və Pakistanın parlament sədrləri arasında telefon danışığı olub

...

Martın 9-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya telefonla zəng edib. Milli Məclisdən “Şərq qapısı”na verilən məlumata görə, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub. Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Sülh, sabitlik və əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti qeyd olunub.

Nəşr edilib : 09.03.2026 13:30