NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

...

Dekabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı aparılıb.
“Şərq qapısı” xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.
Nazirlər cari ildə olduğu kimi, növbəti ildə də ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduqlarını bildiriblər.
Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıblar.

Nəşr edilib : 29.12.2025 22:25