NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

...

Qazaxıstanın Aktobe bölgəsində “Dünya sivilizasiyası kontekstində türk xalqlarının mənəvi irsi: “Koblandı batır” dastanı” adlı beynəlxalq elmi-nəzəri konfrans keçirilir.

"Şərq qapısı" Aktobe vilayət administrasiyasına istinadla xəbər verir ki, iştirakçılar arasında Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Türk dünyasının digər bölgələrindən olan alimlər var.

Vilayətin qubernatoru Asxat Şaxarov alimlərlə görüşərək türk xalqlarının ortaq tarixi və mədəni irsinin öyrənilməsində elmi əməkdaşlığın vacibliyini qeyd edib.

Konfransda Türk dünyasından təxminən 20 alim iştirak edir. İştirakçılar “Koblandı batır” dastanını müasir beynəlxalq tədqiqatlar kontekstində müzakirə edəcək və onun qlobal mədəni məkandakı yerini araşdıracaqlar.

Nəşr edilib : 01.10.2026 17:11