NAXÇIVAN :

22 Oktyabr 2026, Cümə axşamı

Azərbaycanlı hakim Avropa çempionatının seçmə oyunlarını idarə edəcək

...

Oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində 20 yaşadək voleybolçu qızlar arasında Avropa çempionatının I təsnifat mərhələsinin (EEVZA - Şərqi Avropa Voleybol Zonal Assosiasiyası) oyunları keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov EEVZA-nın oyunlarına təyinat alıb.

Qeyd edək ki, turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.

Nəşr edilib : 22.10.2026 10:25