NAXÇIVAN :

02 Noyabr 2026, Bazar ertəsi

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

...

Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medal qazanıb.
Karate Federasiyasından bildirilib ki, 14–15 yaşlı idmançıların mübarizəsində 70 kiloqramadək çəki dərəcəsində çıxış edən təmsilçimiz uğurlu nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.

Nəşr edilib : 02.11.2026 18:58