Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla ...
17:48 24.09.2026
0
0
0
NAXÇIVAN :
24 Sentyabr 2026, Cümə axşamı
Son 10 il ərzində 2 yeni qızıl yatağının kəşf edilməsi, 4 qızıl mədəninin və bir regional sənaye kompleksinin istifadəyə verilməsi, eləcə də yeni fəaliyyət istiqamətlərinin formalaşdırılması nəticəsində “AzerGold” QSC hasilat, istehsal və gəlir imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
"Şərq qapısı" xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov sentyabrın 24-də keçirilən brifinqdə deyib.
Z.İbrahimov bildirib ki, şirkətin son 10 ildə həyata keçirdiyi fəaliyyət nəticəsində cari ilin avqustunadək ölkə iqtisadiyyatına 2,2 milyard manat gəlir, dövlət büdcəsinə isə 316,3 milyon manat vergi ödənişi təmin edilib. Onun sözlərinə görə, bu göstəricilər qeyri-neft sənayesinin inkişafına, ölkənin ixrac potensialının artırılmasına və dövlət gəlirlərinin formalaşmasına mühüm töhfəni əks etdirir.
“Dövlət Proqramı “AzerGold” üçün yeni fəaliyyət mərhələsinin başlanğıcı olmaqla yanaşı, son on ildə formalaşmış təcrübənin daha geniş miqyasda tətbiqi üçün də imkan yaradır”, – deyə İdarə Heyətinin sədri vurğulayıb.
O qeyd edib ki, qarşıdakı mərhələdə əsas vəzifələr yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsi, hasilat və emal zəncirinin genişləndirilməsi, ölkə daxilində daha yüksək əlavə dəyərin yaradılması və sektorun inkişafına yeni töhfələrin verilməsidir.
“Dövlət Proqramının Tədbirlər Planında “AzerGold” QSC fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra mühüm prioritetlər üzrə əsas icraçı kimi müəyyənləşdirilib. Qarşıdakı dövrdə əsas məqsədimiz mövcud inkişaf dinamikasını qorumaqla yanaşı, mineral-xammal sektorunun inkişafını yeni mərhələyə çıxarmaqdır”, – deyə Z.İbrahimov bildirib.
Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri ölkənin mineral-xammal bazasının genişləndirilməsi və yeni yataqların, o cümlədən qızıl, mis və digər faydalı qazıntı yataqlarının aşkar edilərək iqtisadi dövriyyəyə cəlb olunmasıdır. Digər mühüm istiqamət mövcud yataqlar üzrə hasilat və emal imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi və istehsal səmərəliliyinin artırılmasıdır.
Z.İbrahimov əlavə edib ki, qiymətli və əlvan metallar üzrə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi də qarşıdakı dövrün əsas prioritetlərindəndir. Bu, yalnız xammal hasil edən deyil, eyni zamanda onu daha yüksək əlavə dəyərlə emal edən və hazır məhsula çevirən sənaye zəncirinin formalaşdırılmasını nəzərdə tutur.
“Bununla yanaşı, qara və əlvan metallurgiya üçün xammal bazasının yaradılması, strateji əhəmiyyətli polimetal və dəmir filizi yataqlarının işlənməsi də əsas istiqamətlər sırasındadır. Bu tədbirlər mineral-xammal resurslarından daha səmərəli istifadə etməyə, ölkədə sənaye istehsalının və əlavə dəyərin artırılmasına imkan verəcək”, – deyə İdarə Heyətinin sədri qeyd edib.
Digər xəbərlər