NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

"Azeri Light" neftinin qiyməti 65 dollardan aşağı düşüb

...

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,87 ABŞ dolları və ya 1,33% azalaraq 64,36 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,23 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Nəşr edilib : 12.12.2025 10:01