NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

“Azəristiliktəchizat”da istilik sektorunun dekarbonizasiyası layihəsi üzrə müzakirələr davam edir 03.08.2026 [12:42] Çap et A+ A-

...

“Azəristiliktəchizat” ASC-də Asiya İnkişaf Bankı tərəfindən dəstəklənən “Azərbaycanda istilik sektorunun dekarbonizasiyası və bərpaolunan istilik mənbələrinin inteqrasiyası” üzrə Texniki Yardım layihəsi çərçivəsində layihənin məsləhətçi heyəti ilə növbəti görüş keçirilib.

ASC-dən  bildirilib ki, Asiya İnkişaf Bankının nümayəndəsi “Azəristiliktəchizat”ın strateji və xətti rəhbərləri ilə aparılan görüşlər barədə məlumat verib. Bildirilib ki, görüşlərin əsas məqsədi ASC-nin mövcud biznes proseslərinin diaqnostikasını aparmaq, idarəetmə və təşkilatlanma sahəsində optimallaşdırma imkanlarını müəyyən etmək və “Azəristiliktəchizat”ın korporativ inkişafı strategiyasının hazırlanması üçün müvafiq məlumat bazasını təmin etmək olub.

Nəşr edilib : 03.08.2026 12:48