İllərin zəhməti öz bəhrəsini verib
18:27 28.06.2026
0
0
2
"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb. Belə ki, 67-BM-140 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobillə 75-AF-754 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobilin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü Abbasov Namiq Qılman oğlu, 2003-cü il təvəllüdlü Hacıyev Elnur Çingiz oğlu və 2010-cu il təvəllüdlü Ələkbərov Amin Təbriz oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər