Azərbaycan və Pakistanın tarixi-mədəni irsini əks ...
11:19 24.10.2026
0
0
0
Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi son illərdə qarşılıqlı səfərlərin və institusional əməkdaşlığın intensivləşməsi ilə müşayiət olunur.
"Şərq qapısı" xəbər verir ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət və 4 işgüzar səfər, Prezident Şavkat Mirziyoyev isə Azərbaycana 2 dövlət və 7 işgüzar səfər edib.
İki ölkə arasında münasibətlərin əsas siyasi mexanizmlərindən biri 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuradır. Şuranın ilk iclası 2024-cü ildə Daşkənddə, ikinci iclası 2025-ci ildə Bakıda keçirilib. Növbəti — III iclasın keçirilməsi nəzərdə tutulur.
Əməkdaşlıq regionlar səviyyəsində də genişlənir.
Azərbaycan–Özbəkistan Regionlararası Forumları 2023-cü ildə Daşkənddə, 2024-cü ildə Qubada, 2025-ci ildə isə Bakıda keçirilib.
Azərbaycan–Özbəkistan əlaqələri son illərdə strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinin daha dərin institusional modelinə doğru inkişaf edir.
Digər xəbərlər