NAXÇIVAN :

28 Avqust 2026, Cümə

Bakıda bu yollarda sıxlıq var

...

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

3. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

5. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Nəşr edilib : 28.08.2026 09:04