NAXÇIVAN :

25 Avqust 2026, Çərşənbə axşamı

Bakıda hazırda sıxlıq müşahidə edilən küçə və prospektlər açıqlanıb

...

Paytaxt Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

4. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

5. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə edilir.

Nəşr edilib : 25.08.2026 08:54