NAXÇIVAN :

02 Sentyabr 2026, Çərşənbə

Bakıda IV Beynəlxalq Minatəmizləmə konfransı işə başlayıb – YENİLƏNİB

...

Sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən səsləndirilib.

Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçiriləcək.

Həmçinin konfrans çərçivəsində ANAMA ilə ASEAN Regional Minalarla Mübarizə Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.

Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq.

10:21 

Sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

"Şərq qapısı" xəbər verir ki, tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçiriləcək.

Həmçinin konfrans çərçivəsində ANAMA ilə ASEAN Regional Minalarla Mübarizə Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.

Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq.

Nəşr edilib : 02.09.2026 11:30