İran Ermənistanla energetika sahəsində əməkdaşlığı...
23:43 30.07.2026
0
0
0
NAXÇIVAN :
30 Iyul 2026, Cümə axşamı
İyulun 30-da Mərakeşin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Taxt-tac günü münasibətilə rəsmi qəbul təşkil edib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Mərakeşin Dövlət himnləri səsləndirilib.
Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş çıxışında ölkəsi ilə Azərbaycan arasında dostluq münasibətlərinin ildən-ilə daha da möhkəmləndiyini bildirib. Qeyd edib ki, ölkələrimiz qarşılıqlı hörmətə, siyasi etimada, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliyə əsaslanan möhkəm tərəfdaşlığı bölüşür.
Səfirin sözlərinə görə, iki ölkə arasında siyasi dialoq intensivləşib, yüksəksəviyyəli təmaslar artıb və ikitərəfli əməkdaşlıq getdikcə daha çox sahəni əhatə etməyə başlayıb: “İqtisadi və ticarət əlaqələri genişlənir, xalqlarımız arasında təmaslar isə daha da sıxlaşır”.
O bildirib ki, vizasız gediş-gəliş haqqında saziş turizmə və insanlar arasında əlaqələrə yeni təkan verib, biznes, investisiya və qarşılıqlı tanışlıq üçün imkanlar yaradıb.
Mədəniyyət naziri Adil Kərimli vurğulayıb ki, ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiya əlaqələrin inkişafında xüsusi rol oynayır: "Eyni zamanda, vizasız gediş-gəliş rejiminin tətbiqi, şübhəsiz ki, insanlar arasında təmasların genişlənməsinə, turizm və işgüzar əlaqələrin inkişafına mühüm töhfə verib. Sevindirici haldır ki, ötən il Mərakeşdən Azərbaycana gələn turistlərin sayında 28 faiz artım qeydə alınıb".
Nazir bildirib ki, ölkələr arasında ticarət dövriyyəsi ötən dövrlə müqayisədə 5 faiz artıb: “Cari ildən etibarən müvafiq ikitərəfli sazişə uyğun olaraq, qarşılıqlı əsasda hər iki ölkədən olan tələbələrin akademik mübadiləsi həyata keçiriləcək. Bu müsbət dinamika ölkələrimiz arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır, mövcud potensialın səmərəli reallaşdırılmasına xidmət edir”.
Rəsmi qəbul çıxışlardan sonra ziyafətlə davam edib.
Digər xəbərlər