NAXÇIVAN :

03 May 2026, Bazar

Bakıda şagird ov silahı ilə müəllimə xəsarət yetirib

...

Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında X sinif şagirdi Ə.Ş insident törədib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllim işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 06.02.2026 11:12