“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu ...
20:38 14.09.2026
0
0
0
NAXÇIVAN :
14 Sentyabr 2026, Bazar ertəsi
Balakən rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə sahibkarların təşəbbüsləri və görülən işlərlə tanışlıq olub.
“Şərq qapısı” xəbər verir ki, Balakən rayon rəhbərliyi və Prezident Administrasiyasının məsul əməkdaşının iştirakı ilə yaradılması nəzərdə tutulan günəbaxan yağı istehsalı, gön-dəri emalı müəssisələrinə, intensiv meyvə bağlarına baxış keçirilib, soyuducu anbarın tikintisi ilə maraqlanıblar.
Məlumat verilib ki, xarici investor, Türkiyə vətəndaşı Sərxan Kəltəpə 0,4 ha torpaq sahəsində dəyəri 1,7 milyon manat olan “Günəbaxan yağı” istehsalı müəssisəsi tikməyi planlaşdırır. Hazırda müəssisənin layihələndirilməsi işləri həyata keçirilir. Eyni zamanda, 4 hektar ərazidə, fərdi sahibkar Nadir Hacıyev tərəfindən 7 hektar sahədə yeni intensiv bağın salınması nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, 4 hektar ərazidə ağacların mühafizəsi və damlama suvarma sisteminin quraşdırılması üçün 133 min manat dəyərində dəmir dayaqlar basdırılıb. Digər ərazidə isə suvarma və kommunikasiya xətlərinin çəkilməsi üçün işlər aparılır.
Rayonda yeni soyuducu anbar komplekslərinin tikintisi istiqamətində də mühüm layihələr həyata keçirilir. “Quton” MMC tərəfindən layihə dəyəri 1,8 milyon manat, saxlama gücü 650 ton olan, həmçinin fərdi sahibkar Fərid Cəyiyev tərəfindən layihə dəyəri 2 milyon manat, saxlama gücü 2000 ton olan soyuducu anbar komplekslərinin tikintisinə başlanılıb.
Bundan başqa, fərdi sahibkar Ayparə Dadayevaya layihə dəyəri 500 min manat olan gön-dəri emalı müəssisəsinin yaradılması üçün torpaq sahəsi müəyyənləşdirib, hazırda sənədləşmə işləri aparılır. Layihənin 2027-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.
Tədbirin davamı olaraq rayon icra hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, “Əlaqələndimə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib. Məqsəd zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.
Digər xəbərlər