DİM: 13 min 845 nəfər ali təhsil müəssisələrinin m...
18:24 29.07.2026
0
0
0
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.
AMB-dən bildirilib ki, görüşdə cari makroiqtisadi mühit, bank sektorunun 2026-cı ilin ilk yarısı üzrə inkişaf dinamikası, maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər və bu sahədə mövcud çağırışlar müzakirə olunub.
Görüşdə bank sektorunun strateji hədəfləri, həmçinin sektorun dayanıqlığının artırılmasına xidmət edəcək tənzimləmə və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi üzrə prioritet istiqamətlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər xəbərlər