Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun ...
20:06 19.04.2026
0
0
0
Novruz və Ramazan bayramı günlərində Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti əhaliyə fasiləsiz və operativ tibbi yardım göstərmək üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
"Şərq qapısı" xəbər verir ki, statistik məlumatlara əsasən bayram günləri ərzində "103" Çağrı Mərkəzinə, ümumilikdə, 2198 müraciət daxil olub. Daxil olan çağırışların təhlili nəticəsində 323 nəfərin hospitalizasiyası həyata keçirilib, yəni onların müalicəsinin davam etdirilməsi üçün tibb müəssisələrinə yerləşdirilməsi təmin edilib.
Bundan əlavə, qeyd olunan müddət ərzində yol-nəqliyyat hadisələri ilə bağlı 10 çağırış qeydə alınıb və hadisə yerlərinə operativ şəkildə təcili tibbi yardım briqadaları cəlb edilərək zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
Ümumilikdə, bayram günlərində Təcili Tibbi Yardım Xidməti tərəfindən daxil olan bütün müraciətlərə vaxtında reaksiya verilib, vətəndaşlara zəruri tibbi yardım göstərilib.
Digər xəbərlər