NAXÇIVAN :

12 Sentyabr 2026, Şənbə

Bəşir Hacıyev: Kəlbəcər böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir

...

İşğaldan azad edilmiş ərazilərimizdə dövlətimizin başçısının tapşırığı ilə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yaşayış məntəqələri yenidən qurulur, soydaşlarımız mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Kəlbəcər də bu böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir.

"Şərq qapısı" xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev sentyabrın 12-də Kəlbəcərdə keçirilən II Bal Festivalında çıxışı zamanı deyib.

"Burada həyatın hər ötən gün daha da canlanması, insanların öz doğma torpaqlarında yenidən çalışması, təsərrüfat qurması, müxtəlif tədbir və festivalların keçirilməsi Böyük Qayıdışın yaratdığı yeni reallığın təzahürüdür. Kəlbəcərdə Bal Festivalının artıq ikinci dəfə keçirilməsi də bu baxımdan xüsusi məna daşıyır", - deyə Bəşir Hacıyev qeyd edib.

Nəşr edilib : 12.09.2026 19:19