NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Boks üzrə Naxçıvan komandasının üzvü ölkə çempionatının mükafatçısı olub

...

Bakı şəhərində kişi və qadın boksçular arasında Azərbaycan çempionatı keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata əsasən Boks Mərkəzində reallaşan yarışda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 33 komandanın 166 boksçusu mübarizə aparıb.
22-28 yanvar tarixləri əhatə edən ölkə çempionatında Naxçıvan Muxtar Respublikası baş məşqçi Elnur Kərimli, məşqçi Aftandil Musayev, idmançılar Elbrus Kərimli, Ucal Musayev və Elvin Quliyevlə təmsil olunub. 
Komandanın idmançılarından Ucal Musayevin çıxışı uğurlu alınıb. Yarışda 50 kq çəki dərəcəsində mübarizə aparan boksçu 3 rəqibini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Bilalhəbaşi Nəzərovla keçirdiyi həlledici görüşdə məğlubiyyət yaşayan U.Musayev gümüş medala layiq görülüb.

Nəşr edilib : 28.01.2026 19:10