Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndini ...
22:53 01.05.2025
0
0
0
Kitabsevərlər üçün müjdəmiz var!
9-11 may tarixlərdə Naxçıvan şəhərində böyük maraqla gözlənilən "BookFest" Naxçıvan kitab sərgisi 2025 keçiriləcəkdir!
Bu möhtəşəm tədbirdə sevilən və tanınmış yazıçıların iştirakı, oxucularla görüşlər və imza günləri, zəngin çeşiddə kitab satışı, tanınmış yazarların iştirakı ilə panel müzakirələr və bir sözlə, ilham dolu, möhtəşəm bir kitab bayramı sizləri gözləyir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti və ANAİB-in birgə təşkilatçılığı ilə həyata keçirilən “BookFest” kitab sərgisi Naxçıvan şəhəri, “Saat Meydanı”nda 9-11 may 2025-ci il tarixlərdə baş tutacaq.
Əziz kitabsevərlər, ədəbiyyatla nəfəs almaq, ilham dolu anlar yaşamaq və sevdiyiniz müəlliflərlə birbaşa ünsiyyət qurmaq üçün bu fürsəti qaçırmayın!Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü ilə keçirilən "BookFest" Naxçıvan kitab sərgisinin rəsmi açılışı 9 may 2025-ci il saat 10:00-da olacaq.
Digər xəbərlər