Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkı...
23:50 29.10.2026
0
0
0
Bosniya və Herseqovinada Avropa İttifaqının sülhməramlı missiyasına cəlb olunan İtaliyaya məxsus CH-47 helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər həlak olub, 12 nəfər yaralanıb.
"Şərq qapısı" xəbər verir ki, İtaliya Müdafiə Nazirliyinin məlumatına görə, helikopter oktyabrın 29-da Bosniya və Herseqovinada Avropa İttifaqının “Althea” əməliyyatına göndərilərkən qəzaya uğrayıb.
Açıqlamada qəzanın səbəblərinin araşdırıldığı bildirilib.
“Associated Press” agentliyinin Balkan mediasına istinadla yaydığı məlumata görə isə qəza Brçko şəhəri yaxınlığında baş verib.
Qeyd edək ki, “Althea” əməliyyatı 2004-cü ildə Bosniya və Herseqovinada Deyton sülh sazişinə əməl olunmasına nəzarət etmək məqsədilə başlanıb.
Digər xəbərlər