Ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 6,3 faiz artı...
16:21 07.09.2026
0
0
0
Metan neft-qaz sənayesi üçün çox mühüm qazdır və metan emissiyalarının yaxşı idarə olunması yalnız maliyyə baxımından deyil, ilk növbədə təhlükəsizlik, karbon və ümumilikdə emissiyalar baxımından çox yaxşı biznes nəticəsidir.
"Şərq qapısı" xəbər verir ki, bunu bp şirkətinin regional HSE&C meneceri Anar Mansurov “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən "Metan emissiyalarının azaldılmasının sürətləndirilməsi: Aşkarlamadan fəaliyyətə" adlı panel sessiyada çıxış edərkən deyib.
O bildirib ki, bp üçün metanın ölçülməsi və azaldılması 2020-ci ildə açıqlanan “Net Sıfır” strategiyasıyla sıx bağlıdır: “Metan emissiyalarının intensivliyinin sıfıra yaxın səviyyədə olması 2050-ci ilədək “Net Sıfır” strategiyamıza nail olmaq baxımından çox vacibdir. “Sıfıra yaxın” dedikdə, adətən sənayedə qəbul edilən hədd təxminən 0,2 faiz təşkil edir. Bu göstərici sıfıra yaxın səviyyə hesab olunur. bp olaraq 2025-ci ildə 0,02 faiz göstəricisinə nail olmuşuq. Bu da müəyyən edilmiş həddən xeyli aşağıdır. Beləliklə, metan emissiyalarının intensivliyi baxımından artıq “sıfıra yaxın” səviyyədəyik”.
Digər xəbərlər