Moskvada keçirilən peşəkar ustalıq müsabiqəsində A...
16:21 11.07.2026
0
0
0
Bakıda keçirilən “Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Burkina-Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
"Şərq qapısı" xəbər verir ki, anlaşma memorandumunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov və Burkina-Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunun (INHEI) baş direktoru Filip Sandvidi imzalayıblar.
Memorandum Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin Afrika istiqamətində institusional əsasda genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu indiyədək əsasən müxtəlif ölkələrin siyasi partiyaları, azadlıq hərəkatları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sənədləri imzalayıb. Burkina-Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu ilə imzalanan memorandum isə BTQ-nin ilk dəfə xarici dövlətin rəsmi qurumu ilə institusional əməkdaşlığa başlamasını rəsmiləşdirir.
Digər xəbərlər