NAXÇIVAN :

19 May 2025, Bazar ertəsi

Bu gün Atatürkü Anma, Gənclik və İdman bayramıdır

...

19 may tarixə həkk olunmuş bir qurtuluşun, ümidin və dirçəlişin simvoludur. O gün dənizin maviliyinə doğru yol alan bir gəmi Samsun sahillərinə ümid gətirdi. Mustafa Kamal Atatürk millətin azadlıq harayını həmin gün tarixə yazdı və mübarizənin ilk addımını atdı.
Bu gün yalnız keçmişin anılması deyil, eyni zamanda gəncliyin gücünə olan inamın, idmanın bədən və ruhu birləşdirən qüdrətinin bayramıdır. Hər 19 mayda türkün qəlbində alovlanan azadlıq eşqi yenidən dirçəlir, gənclik coşqusu meydanlara sığmaz olur. Atatürk bu günü gəncliyə hədiyyə edərkən, əslində, gələcəyin əmanətini də onlara tapşırdı.
19 may, sadəcə, bir tarix deyil, mübarizənin başladığı, ümidlərin alovlandığı və gəncliyin bayrağı əzmlə daşıdığı ölməz bir əfsanədir.

Nəşr edilib : 19.05.2025 10:41