NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır

...

Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

"Şərq qapısı" xəbər verir ki, bu gün Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir.

22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınır.

Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

Nəşr edilib : 18.12.2025 14:20