NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

Bu ilin 6 ayında ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsinin alınması ilə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb

...

Dövlət Miqrasiya Xidmətinə cari ilin I yarımili ərzində ölkə ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı 36 min 213, daimi yaşama icazəsinin alınması (müddətinin uzadılması) ilə bağlı isə 2671 müraciət daxil olub.
"Şərq qapısı" xəbər verir ki, müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 5087 müraciət daxil olub.

Nəşr edilib : 08.07.2026 18:30