NAXÇIVAN :

16 Sentyabr 2026, Çərşənbə

Bu ilin səkkiz ayında 265 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-avqust aylarında 265 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 119 min şəxs münasib işlərlə təmin olunub, 3,3 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 12 min şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 130,7 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Nəşr edilib : 16.09.2026 11:24